Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon MKS-də “Maqsud İbrahimbəyov- 90 ” başlığı altında tədbir keçirilib

30.06.2025

30.06.2025-ci il tarixdə Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsi Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə “Maqsud İbrahimbəyov- 90 ” başlığı altında tədbir keçirib. Oxuculara Xidmət şöbəsinin əməkdaşı Nailə Budaqova iştirakçılara məlumat verərək bildirib ki, Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini, 1964-cü ildə Moskvada ali ssenari kurslarını, 1973-cü ildə isə ali rejissor kurslarını bitirib. Maqsud İbrahimbəyov istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə tanınıb. 60-cı illərdə ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə geniş oxucu rəğbəti qazanıb. Yazıçının əsərləri kütləvi tirajla çap edilib, bir çox dünya dillərinə tərcümə olunub, pyesləri tamaşaya qoyulub.
Tədbirdə Maqsud İbrahimbəyovun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Mövzu ilə bağlı tərtib olunmuş kitab sərgisinə baxış keçirilib.