Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayon Tarix Diyarşünaslıq Muzeyində ”Uşaqlar bizim gələcəyimizdir” mövzusunda dəyirmi masa keçirilib.

08.07.2025

02 iyul 2025-ci il tarixdə Gədəbəy rayon Tarix Diyarşünaslıq Muzeyində "Uşaq hüquqları aylığı" ilə əlaqədar "Uşaqlar bizim gələcəyimizdir" mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada muzeyin direktoru Afət xanım Bağırova, MİHİ Gədəbəy rayon təşkilatının sədri Sona xanım Verdiyeva, MKS - min Uşaq Kitabxanasının müdiri Qəndab Bədəlova və s. İştirakçılar məruzə ilə çıxış etmişlər.
Qeyd edilmişdir ki,"Uşaq hüquqları Konvensiyası " 20 noyabr 1989 - cu ildə BMT -nin Baş Assambleyası tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər bir  yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Həyata keçirilən "Uşaq hüquqları aylığı" uşaq hüquqlarının qorunmasını, uşaqlara diqqətin artırılmasına və uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə yönəldilən bir tədbirdır. Uşaqların müdafiəsi və onların rifahınin yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də bu uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifəsini daşıyır.
   Tədbirdə iştirak edən müəllim və digər iştirakçılar rayonda uşaq hüquqlarının qorunması, uşaqlara göstərilən diqqət və qayğı, rayonda uşaqların qazandığı uğurlar və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdilər. Müəllim və şagirdlər çıxış edərək uşaqların təhsil, inkişaf, müdafiə və yaşamaq hüquqları ilə bağlı fikirlərini bildirdilər.