30.06.2025
30.06. 2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq rəsm dərnək şagirdlərinin əl işlərindən ibarət "Rənglərin Sehrli Dunyası" adlı 2025-ci ilin birinci yarımillik yekun yaradıcılıq sərgisi keçirilib.Sərgidə Rəsm Qalereyasının direktoru v.i.e Mehriban Hüseynova çıxış edərək bildirib ki,sərginin məqsədi istedadlı gənclərin cəlb olunması, gənc həvəskar rəssamların bacarığını nümayiş etdirmək və onların asudə vaxtının səmərəli təşkil edilməsidir. Sərgidə gənc, həvəskar rəssamların müxtəlif mövzularda işlədikləri rəsmlər təqdim edilib.Sərgi iyulun 5-dək davam etdiriləcək.