08.07.2025
04 iyul 2025-ci il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Tovuz rayon Heydər Əliyev Mərkəzində " Uşaq Hüquqları aylığı" ilə bağlı " Uşaqlar dünyanın sevincidir " mövzusunda tədbir təşkil edilmişdir.
Tədbirdə məktəblilər, gənc rəssamlar və rayon ictimayəti iştirak edib.
Tədbirdə mövzu ətrafında çıxış edənlər bildiriblər ki,
Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasətini bu gün cənab prezident İlham Əliyev uğurla davam etdirir. Uşaq hüquqları ilə bağlı qəbul edilən qanunvericilik aktları dövlətimizin bu sahəyə diqqət və qayğısının təzahürüdür deyə diqqətə çatdırılıb.
Sonda uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.