Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz döyüşlərində şəhid olmuş igidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş bulaq kompleksi Ağstafada ziyarət olunub.

16.07.2025

Azərbaycanın Zəfər tarixinin başlanğıcı hesab olunan  Tovuz döyüşlərində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmalıyov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.
12 iyul 2025 - ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzinin  və  Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları tərəfindən Ağstafa rayonunun Həsənsu kəndində Tovuz döyüşlərində şəhid olmuş igidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş bulaq kompleksi ziyarət olunub. O cümlədən Tovuz döyüşlərində şəhid olmuş Həsənsu kənd sakini Mustafazadə Elçin Arif oğlunun və  44 günlük Vətən müharibəsində şəhid olmuş Səfərov Əfqan Nadir oğlunun  məzarları ziyarət olunub, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib..