14.07.2025
Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı ilə Şəmkir rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Şəmkir rayonu üzrə nümayəndəsi Sənan Məmmədli, mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, onun dövlətçiliyimizə, milli kimliyimizin qorunmasına və mədəniyyətimizin inkişafına verdiyi əvəzsiz töhfələri böyük ehtiramla xatırladıblar.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev,
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Şəmkir rayonu üzrə nümayəndə Sənan Məmmədli, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Arzu Həsənova, Şəmkir rayon 7 illik Uşaq Musiqi Məktəbinin müəllimi Günel Ələkbərova, Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin informasiya texnologiyaları üzrə mütəxəssisi Günay Nəbiyeva çıxış ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini vurğulayaraq, onun 1969-cu ildə hakimiyyətə gəlişinin ölkəmizin inkişafında dönüş nöqtəsi olduğunu qeyd ediblər. Ulu Öndərin zəngin irsindən, onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Mədəniyyət işçiləri çıxışlarında Heydər Əliyevin incəsənət və mədəniyyət sahəsinə verdiyi diqqəti, yaradıcı insanlara göstərdiyi dəstəyi minnətdarlıqla xatırladıblar.