Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayonunda ”Mətbuatda Gənc Yanaşma” adlı tədbir təşkil olunub.

22.07.2025

22.07.2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Rayon Mədəniyyət müəssisələrinin və Gədəbəy rayon Gənclər  və İdman Sektorunun  birgə təşkilatçılığı ilə Azərbaycan mətbuatının yaranmasının 150-ci il dönümü ilə əlaqədar olaraq "Mətbuatda Gənc Yanaşma" adlı tədbir təşkil olunub. Tədbirdə natiqlər öz  çıxışlarında bildirib ki, 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetinin xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ olduğunu qeyd edərək, qəzetin fəaliyyətinin Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirdiyini, dövrünün ictimai-siyasi, eləcə də bədii düşüncənin inkişafına böyük təkan vermişdir. 
Sonda Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar olaraq Gədəbəy rayonu üzrə Gənclər və İdman İdarəsi tərəfindən Gədəbəy rayon radio verilişləri redaksiyası Gədəbəy Tv-nin baş redaktoru Arif Məmmədova təşəkkürnamə və hədiyə təqdim edilib.