Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Milli Mətbuat və Jurnalistika günü qeyd edilib.

22.07.2025

Qazaxda Milli Mətbuat və Jurnalistika günü qeyd edilib.
22 iyul 2025-ci il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində MKS-nin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika gününün 150 illiyi münasibəti ilə “Azad media Azərbaycanın mənəvi sərvətidir” adlı tədbir təşkil edilib. 
Tədbiri giriş sözü ilə MKS-nin Oxuculara Xidməıt şöbəsinin müdiri Bəsdi Məmmədova açaraq tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki,  Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır. 
Mövzuya həsr olunmuş məruzə ilə çıxış  edən Mərkəzi Kitabxananın əməkdaşı Nərmin Musayeva bildirib ki, o vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.  Senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. 
Məruzə ətrafında çıxış edənlərdən Mədəniyyət Mərkəzinin metodisti  Z. Mürsəlova, Ürkməzli kənd sənətkarlıq evinin müdiri G.Cəlilova, Qazax şəhər 2 nömrəli folklor evinin müdiri S.Qurbanova, Hüseynbəyli kənd diyarşünaslıq evinin müdiri N.Əhmədov və başqaları bildiriblər ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.