Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans təşkil edilib.

24.07.2025

22 iyul 2025-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı  ilə Konstutsiya və Suverenlik ilinə həsr olunmuş" “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans təşkil edilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə çıxış edənlər 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması və qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dahi liderin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu qeyd ediblər.
Eyni zamanda çıxışçılar Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunduğu barədə söz açıblar.
Tədbirin sonunda mövzuya həsr olunmuş kitab sərgisinə baxış keçirilib.