Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Konstitusiya və Suverenlik İli” və “Yeni kitablar” başlığı altında kitab sərgisi təşkil edib.

29.07.2025

29 iyul 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası açıq havada “Yay məktəbi” silsiləsindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konustitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq “Konstitusiya və Suverenlik İli” və “Yeni kitablar” başlığı altında kitab sərgisi təşkil edib.
“Yay məktəbi” layihəsi üzrə oxucuların asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə təşkil olunan kitab sərgisində qeyd olunub ki,  mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşdırılmasında böyük rol oynayır. İnsan mütaliə edərək öz dünya görüşünü, biliklərini, həyat təcrübəsini nitq qabiliyyətini artırır, mənəviyyatını zənginləşdirir. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqındakı Sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi məna daşıyır. Sərgi oxucular tərəfindən maraqla qarşılanıb.