Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqrımının beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Regional İdarənin əhatə etdiyi müəssisələrdə işləyən aktiv sosial şəbəkə istifadəçilərinin iştirakı ilə seminar keçirildi.

20.02.2019

20.02.2019-cu il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Regional İdarənin tabeliyində fəaliyyət göstərən Ağstafa, Qazax və Tovuz rayonlarının gənc mədəniyyət işçiləri ilə görüş keçirdi. Görüşdə Xocalı Soyqrımının 27-ci il dönümü ilə əlaqədar keçiriləcək tədbirlərdən danışıldı.