12.08.2025
12 avqust 2025-ci il tarixində Ağstafa şəhər 1 saylı folklor evində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyi, Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyi, Ağstafa şəhər 1 saylı folklor evi və Ağstafa Gənclər Evi Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə "Gənclər bizim gələcəyimizdir" başlıqlı tədbir keçirildi .Tədbirdə mövzunu əhatə edən geniş səpkili çıxışlar edildi.Xüsusən vurğulandı ki, bu gün Azərbaycan gəncləri və Azərbaycan gəncliyi yüksək zirvədədir. Təbii ki,ona destək olan cənab prezidentimizin diqqət və qayğısı ilə.