13.08.2025
13 avqust 2025 - ci tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə Eynallı kənd mədəniyyət evində tədbir keçirdi. Tədbirdə uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib və uşaqlar istedadlarını nümayiş etdirib.
Tədbirin keçirilməsində əsas məqsəd hər yaş dövründə uşaqların asudə vaxtlarının məqsədyönlü təşkil olunması o cümlədən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların yaradıcı bacarıqlarının inkişafı və sağlam böyümələri üçün əlverişli mühitin yaradılmasıdır.
Qeyd edək ki, yay aylarında bu cür tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.