Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində ”Gəncliyimiz-Xoşbəxt Gələcəyimiz” adlı tədbir keçirilib

12.08.2025

12 avqust 2025-ci il tarixində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində Beynəlxalq Gənclər Günü münasibətilə "Gəncliyimiz-Xoşbəxt Gələcəyimiz" adlı tədbir keçirilib. Muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakl ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Hər bir ölkə üçün ən başlıca məsələ gənc nəslin yetişdirilməsidir və hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır.Vətənimizin çiçəklənməsinin rəhni gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındadır. Bu işdə tarix diyarşünaslıq muzeylərinin rolu əvəzsizdir.Tədbirin sonunda gənc əməkdaş Cürənova Gülamayıla bayram hədiyyəsi təqdim olunub.