15.08.2025
Avqustun 15-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazax rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin birgə təşkilatçılığı ilə Qazax rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları arasında “Ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin mükafatlandırılması keçirildi. Tədbirdə MİHİ Qazax rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. C.Hüseynova Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən danışıb və bildirib ki, bu sənəd dövlətin hüquqi əsaslarını müəyyən edərək dövlət idarəçiliyinin prinsiplərini, vətəndaş hüquq və azadlıqlarını və qanunun aliliyini təsbit etdi. Prezident İlham Əliyevin 28 dekabr tarixli Sərənbcamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açmasında əsaslı rol oynayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi tarixi torpaqlarımızın işğaldan azad edilməsi oldu. Azərbaycan xalqı bu gün müstəqil, suveren, qalib dövlətə sahibdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində Konstitusiya quruluşu bərqərar edilib. Otuz ilə yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqlarını geri qaytarılması hər bir azərbaycanlını qürurlandırır, xalqımızın qüdrətini, gücünü, yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirir.
MİHİ Qazax rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində suverenliyimizin bərpasından danışıb və bildirib ki, dövlət başçımızın rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir və Konstitusiyanın prinsipləri ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. Bu gün artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bötövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib. Ölkəmizin təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr Azərbaycanın, eyni zamanda, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir. Azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycan tarixi nailiyyətlərə imza atmaqla daha böyük hədəflərə çataraq, tərəqqinin yeni mərhələlərinə yüksəlir.
Sonda üzvləri Azərbaycan dili və Ədəbiyyatı müəllimlərindən ibarət olan münsiflər heyəti tərəfindən I yerə layiq görülmüş Qazax MKS- nin Oxuculara xidmət Şöbəsinin İnformasiya texnologiyaları üzrə mütəxəssisi Musayeva Nərmin, II yerin sahibi Qazax rayon M.P.Vaqifin və M.V.Vidadinin Xatirə muzeyinin kiçik elmi işçisi Qəribiva Esmira, III yerin sahibi Qazax rayon Aslanbəyli kənd folklor evinin müdiri İsmayılova Qənirə müsabiqəyə təqdim etdikləri məqalələrini oxudular.
I, II və III yerə layiq görülmüş qaliblərin və məqalələri fərqləndirilmiş digər iştirakçılar MİHİ Qazax Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.