15.08.2025
15 avqust 2025 - ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Həsənsu kənd Sənətkarlıq evində tədbir keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, o cümlədən kəndlərdə müxtəlif sahədə istedadı olan uşaqların üzə çıxarılmasıdır.