Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Sərhəd Qoruyucuları – Vətənimizin Qalxanı” adlı tədbir keçirilib

15.08.2025

15 avqust 2025-ci ildə 18 avqust – "Sərhəd Qoşunları Günü" münasibətllə  Qazax Tarix-Diyarşünaslıq Muzeyində M.P.Vaqif və M.V.Vidadinjn  Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə  "Sərhəd Qoruyucuları – Vətənimizin Qalxanı" adlı tədbir keçirildi. Əvvəcə Şəhidlərin  ruhunu  bir dəqiqəlik sükutla yad edərək, onların müqəddəs xatirəsinə ehtiramlarını bildirdilər. Sonra tədbiri giriş sözü ilə Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova açaraq sərhəd qoşunlarının ölkəmizin təhlükəsizliyində və suverenliyinin qorunmasında mühüm rolundan bəhs etdi. O, sərhədçilərin fədakarlığını, vətənə bağlılığını yüksək qiymətləndirərək, bu günün gənclərə vətənpərvərlik ruhu aşıladığını vurğuladı.
Daha sonra M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynova çıxış edərək sərhədçilərin tarixi missiyası, onların keçmişdən bu günə qədər göstərdiyi qəhrəmanlıq nümunələri barədə danışdı. O, sərhədin yalnız xəritədə çəkilən bir xətt olmadığını, eyni zamanda xalqın qürur və şərəf simvolu olduğunu qeyd etdi.

Tədbir çərçivəsində digər muzey əməkdaşları da mövzu ətrafında çıxış edərək sərhədçilərin xidmətlərinə dəyər verən fikirlər səsləndirdilər.
Sonda tədbir muzeydə Şəhidlərimizin xatirəsinə yaradılmış guşənin önündə davam etdirildi.