Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib

18.08.2025

Avqustun 18-də 2025-ci il ”Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon Təşkilatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib. 
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, YAP Qazax rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ataları, təhsil, mədəniyyət, səhiyyə işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton səfərini özündə əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş etdirilib. 
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, İkinci Qarabağ müharibəsindəki böyük Zəfərdən sonra  Cənubi Qafqazda yaranan reallıqları məharətlə dəyərləndirən İlham Əliyev irəli sürdüyü qlobal təşəbbüslərlə, həyata keçirdiyi mütərəqqi islahatlarla Azərbaycanın gələcək uğurlarının konturlarını müəyyənləşdirir. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Ulu Öndər  Heydər Əliyevin səsləndirdiyi "Azərbaycan dövləti indiyə qədər olduğu kimi bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır" dəyərli sözlərinin bu gün reallığa çevrildiyini bildirib. Rayon rəhbəri vurğulayıb ki, biz qürurla deyə bilirik ki, bu gün Azərbaycan Respublikası cənab Prezidentin rəhbərliyi altında tarixində ən güclü dövrlərindən birini yaşayır.   Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov, Qazax Tarix -Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Sosial-İqtisadi Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Allahverdiyeva çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan dövləti yalnız regionun deyil, bütün dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. 22 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlərin bariz nümunələrindən biri 2025-ci ilin 8 avqustunda ölkə başçımızın ABŞ-yə səfəri oldu. Səfər çərçivəsində əldə edilmiş uğurlar Cənubi Qafqazda 30 ildən çox gözlənilən sülh və əmin-amanlığı bərqərar etdi. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi kimi yadda qalacaq.
Sonda xatirə şəkli çəkdirilib.