Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-də “Qazax elinin şəhidləri! Unutmadıq,unutmarıq”adlı videoçarx nümayiş  etdirilib

20.08.2025

20 avqust 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında 44 Günlük Vətən müharibəsinin Qazax şəhidlərinin xatirəsinə həsr olunmuş “Qazax elinin şəhidləri! Unutmadıq,unutmarıq”adlı videoçarx nümayiş  etdirib. Tədbirdə tələbələr, fəal oxucular iştirak ediblər.İlk öncə Vətən Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Doğum günləri avqust ayında qeyd olunan Qazax şəhidlərinin qısa və şərəfli ömür yolunu əks etdirən videoçarxda ölümləri ilə ölümsüzlüyə qovuşan, əbədiyaşar qəhrəmanlarımızdan olan “Vətən uğrunda”, “Şuşanın alınmasına görə” “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və  “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, “Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad oulnmasına görə”, “Cəsur döyüşcü” medalları ilə təltif edilmiş gizir  Məmmədov Turan Nadir oğlunun, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü medalları və “Rəşadət” ordeni ilə tərtif olunmuş gizir Şükürov İlkin Aslan oğlunun, “Vətən uğrunda”, “Döyuşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları, “Vətən xidmətə görə” ordeni ilə təltif olunmuş kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Vətənə  xidmətə görə” ordeni ilə tərtif edilmiş zabit Nəsibov Elməddin Yusif oğlunun, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Orucov Elşən Ehtiram oğlunun qısa və şərəfli ömür yolundan epizodlar numayiş olunub.