28.08.2025
28 avqust 2025-ci il tarixində Tovuz rayon Mərkəzi kitabxanasında yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Hacızadənin anadan olmasının 90 illiyi ilə əlaqədar "Əlibala Hacızadə-90" başlığında yazıçının "İtkin gəlin" əsərinin müzakirəsi təşkil edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Əlibala Hacızadənin “İtkin gəlin” əsəri ailə-məişət mövzularına həsr olunub. Əsərdə əsasən qadın azadlığı, ənənə və müasir düşüncə arasındakı ziddiyyətlər, insanın seçim qarşısında qalması təsvir edilir. Yazıçı ailə münasibətlərindəki məhdudiyyətlərin yaratdığı faciələri göstərir və oxucunu düşündürməyə vadar edir. Əsər yalnız bir ailə hekayəsi deyil, həm də dövrün sosial problemlərinin əksi kimi dəyərləndirilir.