15.09.2025
15 sentyabr 2025 ci il tarixdə Qazax şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi Bilik Günü ilə əlaqədar tədbir keçirdi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ramil Qurbanov çıxışında ilk öncə Şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdi, sonra Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik etdi. Daha sonra Azərbaycan Respublikasında Bilik səviyyəsinin ugurla inkişafından danışdı və 2025 /2026-cı tədris ilində daha da ugurla tədrisi başa vurmalarını tövsiyə etdi.
Məktəbin müəllimləri Gülşən Adıgözəlova, Kəmalə Abdullayeva çıxış edərək Bilik günü ilə əlaqədar təbriklərini bildirdilər və Tədris ilini daha da ugurla başa vuracaqlarını diqqətə çatdırdılar. Yekunda şagirdlərimizin ifaları dinlənildi.