Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-də “Azərbaycan Musiqisinin təntənəsi” adlı dəyirmi masa keçirilib

17.09.2025

18 sentyabr 2025-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş “Azərbaycan Musiqisinin təntənəsi” adlı dəyirmi masa keçirib. Bir qrup tələbə və fəal oxucunun iştirak etdiyi tədbirdə Azərbaycanın dünya şöhrətli oğlu Azərbaycan Dövlət Himninin müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar olaraq təsis edilən Milli Musiqi Gününün yaranma tarixindən, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən, zəngin və qiymətli irsindən söhbət açılıb. Qeyd olunub ki, yenilməz və qüdrətli Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində 30 illik işğaldan azad edilən Vətən torpaqlarında, o cümlədən Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində Azərbaycan musiqisinin sədaları səslənir, Beynəlxalq Musiqi Festivalları, müsabiqələr keçirilir. “18 sentyabr - Milli Musiqi Günü” adlı sərgi ətrafında Azərbaycan musiqisinə həsr olunmuş kitablarla yaxından tanış olunub, fikir mübadiləsi edilib.