Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində ”Üzeyir Hacıbəylinin işıqlı irsi” adlı tədbir keçirilib

17.09.2025

17 sentyabr 2025 ci il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, Xalq artisti, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olması münasibətilə "Üzeyir Hacıbəylinin işıqlı irsi" adlı tədbir keçirilib.
Tədbir,  sözləri Əhməd Cavadın, musiqisi isə Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycan Respublikasının himmni ilə başlayıb. Daha sonra direktor Məhruzə Hüseynova çıxış edərək  bildirib ki, bu gün biz böyük Azərbaycan bəstəkarı, milli musiqi mədəniyyətimizin banisi Uzeyir Hacıbəylinin anadan olmasının 140 illiyini qeyd edirik.
Uzeyir Hacıbəyli yalnız bir bəstəkar deyil, eyni zamanda Azərbaycan musiqisinin tarixində dərin iz qoymuş bir şəxsiyyət, millətimizin mədəni irsinin qoruyucusu və inkişaf etdiricisidir. Onun "Leyli və Məcnun" operası ilə başlayan yol, xalq musiqimizi və klassik Avropa musiqisini uğurla birləşdirərək bizə zəngin bir musiqi xəzinəsi bəxş edib.

Mıhruzə Hüseynova onu da qeyd edib ki, Hacıbəyli həm də gənc musiqiçilərin yetişməsində önəmli rol oynamış, təhsil sahəsində innovativ ideyaları ilə Azərbaycan musiqi mədəniyyətinə yeni nəfəs gətirmişdir. Onun əsərləri bu gün də dünya səhnələrində səslənir və hər birimizə ilham verir.
Sonra muzeyin əməkdaşı Esmira Qəribova qeyd etmişdir ki,  Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, bütün Şərqin musiqi mədəniyyətinə işıq saçan dahidir. O, xalq musiqisi ilə Avropa klassiklərini birləşdirərək əbədi dəyərlər yaratdı və milli kimliyimizi dünyaya tanıtdı.