19.09.2025
19.09.2025-cil tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət müəssisələrinin, Gənclər və İdman Sektorunun və Gədəbəy Peşə liseyinin birgə təşkilatçılığı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar "Müstəqilliyimiz daimidir, dönməzidir" adlı tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman Sektorunun müdiri Röyal İsmayılov açaraq bildirib ki, Azərbaycan Respublikasının müstəqillik tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatıdır. Bu əməliyyat nəticəsində ölkəmizin Qarabağ bölgəsində uzun illər davam edən separatizmə son qoyulmuş, Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu aradan qaldırılmış və Azərbaycan Respublikasının konstitusiya quruluşu tam şəkildə bərpa edilmişdir.
Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı. Onun siyasi, hüquqi və beynəlxalq nəticələri Azərbaycanın dövlət suverenliyini tam təmin etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Daha sonra mövzu ətrafında Gədəbəy Peşə Liseyinin hərbi rəhbəri Maarif Abbasov və Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Aybəniz Əsgərova da çıxış ediblər.