Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Azad və suveren ölkə naminə” adlı tədbir keçirilib

19.09.2025

19 sentyabr 2025- ci il tarixində Tovuz rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 19- 20 sentyabr lokal xarakterli anti-terror tədbirlərin ildönümü və Dövlət suverenliyinin tam bərpa olunması ilə əlaqədar "Azad və suveren ölkə naminə" adlı tədbir Tovuz rayon Heydər Əliyev Mərkəzində təşkil olunub. Mövzu ətrafında çıxış edənlər qeyd ediblər ki, Qarabağ Zəfərinin davamı olaraq 2023- cü il sentyabrın 19- 20- də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndində keçirilən Zəfər paradı ölkəmizin gücünün və ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarixə yazıldı.Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkımizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi.