26.09.2025
26.09.2025-ci il tarixdə Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, MİHİ Şəmkir rayon Komitəsinin sədri və əməkdaşları, şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhid Əliyev Rövşən İsrafil oğlunun və şəhid Süleymanov Xəyal Elxan oğlunun məzarlarını, ev muzeylərini, adlarına olan bulaqları və ailələrini ziyarət ediblər. Daha sonra şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb, şəhidlərin əziz xatirəsinin xalqımız üçün hər zaman müqəddəs olduğu, onlara diqqət və qayğı göstərilməsi dövlət siyasətimizin əsas prioritetlərindən biri olduğu qeyd edilib.