Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “Ölümsüz qəhrəmanlar” adlı tədbir keçirildi

26.09.2025

26 sentyabr 2025-ci il tarixində Ağstafa rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 27 sentyabr Anım günü ilə əlaqədar “Ölümsüz qəhrəmanlar” adlı tədbir keçirildi.

Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə öncə 44 günlük Vətən müharibəsinə həsr olunan rəsm və kitab sərgəsinə baxış keçirildi.

Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi. Çıxışlarda 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsində qazandığımız qələbədən, bu döyüşlərdə qəhrəman oğullarımızın şücaətindən bəhs olundu. Qeyd olundu ki, Müzəffər Ali baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı zəfər bu gün xalqımızın qürur mənbəyidir. Daha sonra Ağstafa rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında “Ölümsüz qəhrəmanlar” adlı ədəbi bədii kompozisiya təqdim olundu.

#Azərbaycan #QazaxTovuzRMİ #AnımGünü #27SentyabrAnımGünü #Ağstafa