Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir şəhər Uşaq Musiqi Məktəbində “Müəllimin Nəğməsi” adlı tədbir keçirildi

04.10.2025

4 oktyabr 2025-ci il tarixində Şəmkir şəhər Uşaq Musiqi Məktəbində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Müəllimin Nəğməsi” adlı tədbir keçirildi. Tədbir müəllimlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. 
Tədbirdə musiqi məktəbinin müəllimləri səhnəyə çıxaraq öz ifalarını təqdim etdilər. Hər bir ifa müəllim əməyinə, sənətə olan sevgi və fədakarlığın təcəssümü idi. Bu il respublikanın müxtəlif kolleclerinə qəbul olmuş 20 nəfər məzun  məktəbin direktor v.i.e Samirə Rüstəmova tərəfindən tədbirə dəvət olunmuş, hər birinə musiqi məktəbinin inkişafına verdikləri töhfəyə görə təşəkkürnamə və gül  ilə təltif olunmuşlar. 
Səmimi və musiqi dolu ab-havada keçən tədbir musiqi müəllimlərinin əziz bayramına gözəl bir töhfə oldu.