Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Ümumdünya Layiqli Əmək Günü”nə həsr edilmiş tədbir keçirilib

07.10.2025

7 oktyabr 2025-ci il tarixində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyi və M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə "Ümumdünya Layiqli Əmək Günü"nə həsr edilmiş tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova açıb. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. G. Alişanova çıxış edərək qeyd edib ki, respublikamızda Layiqli Əmək Gününün keçirilməsinə xüsusi önəm verilir, işçilərin əmək, məşğulluq məsələlərinin həlli ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
  M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə  Hüseynova çıxış edərək bildirib ki,  Layiqli  əmək konsepsiyası əmək haqqının ədalətli olması ilə yanaşı, təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsini, sosial müdafiə tədbirlərinin möhkəmləndirilməsini və əmək hüquqlarına hörmət olunmasını nəzərdə tutur.
Sonda  TDM- nin elmi işçisi A.Qasimova və M.V.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin bərpaçı rəssamı A.Həsənova çıxış edərək öz iş yerlərində yaradılmış şəraitdən danışaraq dövlətimizin mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər. Tədbir diskusiya şəraitində keçirilib.