Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Layiqli əmək naminə bir olaq!” adlı tədbir keçirilib

07.10.2025

07 oktyabr 2025-ci il tarixdə Qazax rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 7 oktyabr - Ümumdünya Layiqli Əmək Günü münasibətilə "Layiqli əmək naminə bir olaq!" adlı tədbir keçirib.  Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.  Tədbiri  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Həmkarlar İttifaqı Komitəsinin sədri Sədaqət Qasımova  açaraq bildirib ki,  bu günün qeyd olunması təşəbbüsü Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına məxsusdur və Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə 2008-ci ildən etibarən dünya miqyasında geniş şəkildə tanınır.
Mədəniyyət Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri Zülfiyyə Mürsəlova 
 Ümumdünya Layiqli Əmək Gününün əhəmiyyətindən, həmkarların üzərinə düşən vəzifələrdən, əmək şəraiti və işçilər arasında bərabərlik prinsiplərindən söz açıb.
  Tədbirdə çıxış edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru Fəridə Xudiyeva,  Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova,  Hüseynbəyli kənd Mədəniyyət evinin müdiri Namiq Əhmədov çıxışlarında qeyd ediblər ki,  ədalətli, bərabər və firavan gələcək yalnız layiqli əmək üzərində qurula bilər. Heç bir uşaq məktəb əvəzinə tarlada işləməməli, heç bir qadın eyni əməyə görə daha az maaş almamalı, heç bir insan sosial müdafiədən kənarda qalmamalıdır.
Layiqli əmək – sosial ədalətin, bərabərliyin və inkişafın təməl daşıdır.