15.10.2025
15 oktyabr 2025-ci il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə 08 Noyabr - Zəfər Günü münasibətilə Uşaq şöbəsində "Zəfər salnaməsinin şanlı 44 günü" adlı tədbir tədbir təşkil edildi.
2020-ci ilin 8 noyabr tarixi-Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
Tədbirə Ağstafa rayon MKS-in filial kitabxanalarlnın işçiləri, rayonda fəaliyyət göstərən "Günərzi" Uşaq-qayğı mərkəzinin tərbiyəçi və uşaq kollektivi də iştirak edib. Tədbirdə mərkəzi kitabxananın işçiləri və Uşaq qayğı mərkəzinin tərbiyəçisi çıxış edərək bildirdilər ki, 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
Sonda uşaqların ifasında vətənpərvərliyə, zəfərə aid şeirlər dinlənildi.