Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Müstəqil ölkəm qürur yerim” başlığı altında tədbir keçirilib

17.10.2025

17 Oktyabr 2025-ci il tarixində Ağstafa rayon Hüseyn Arif Ev Müzeyi və Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Ağstafa rayon Əmirxan Hüseynov adına 1 saylı orta məktəbdə məktəbin 7d sinif şagirdləri ilə birgə 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə "Müstəqil ölkəm qürur yerim" başlığı altında tədbir keçirilib. Tədbirdə xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşduğu bu günə, yəni 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş geniş məruzələrlə çıxışlar edildi. Bir daha vurğulandı ki, Azərbaycanın müstəqilliyi tarixi bir hadisə idi və Azərbaycanın müstəqilliyi, əbədiliyi, dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olmuşdur və bu siyasəti cənab prezidentimiz İlham Əliyev davam etdirir. Daha sonra şagirdlər tərəfindən vətənpərvərlik mövzusu da şeirlər ifa olundu.
Müstəqilliyin əbədi, bayrağın daim zirvələrdə olsun Azərbaycan!