29.10.2025
Gədəbəydə 8 Noyabr – Zəfər Günü ərəfəsində tədbir keçirilib
29.10.2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyevdən başlayan zəfərimiz əbədidir” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayon mədəniyyət müəssisələrinin, Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
İştirakçılar əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Mərkəzində təşkil edilən Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Tədbirin davamında Heydər Əliyev Mərkəzində təşkil olunan dəyirmi masada ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar qeyd edərək bildiriblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində xüsusi yerə malikdir. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Qələbənin xalqımızın birliyinin və dövlətimizin gücünün parlaq təcəssümü olduğu vurğulanıb.