Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda “Azərbaycan Ordusunun Zəfər Yolu” adlı rəsm sərgisi keçirilib

29.10.2025

Tovuzda “Azərbaycan Ordusunun Zəfər Yolu” adlı rəsm sərgisi keçirilib

Tovuz Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr olunan “Azərbaycan ordusunun zəfər yolu” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, məktəblilər, qazilər, könüllülər və ictimaiyyət nümayəndələri sərgiyə baxış keçiriblər.

Sərgidə məktəblilər tərəfindən Vətən müharibəsi və qəhrəman Azərbaycan Ordusunun Zəfər Yolu mövzusunda çəkilmiş rəsmlər nümayiş etdirilib. Eyni zamanda, könüllülər və məktəblilər tərəfindən hazırlanan vətənpərvərlik ruhunu əks etdirən əl işləri – “Şuşa qalası”, “Dəmir yumruq”, “Xarı bülbül” və digər kompozisiyalar iştirakçıların marağına səbəb olub.

Tədbir çərçivəsində məktəblilərin müşayiəti altında vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirilib. Tovuz Uşaq-Gənclər Şahmat Məktəbinin üzvləri tərəfindən şahmat oyunları nümayiş etdirilib, gənc idmançılar isə güləş üzrə nümunəvi çıxışlar təqdim ediblər.

Tədbir iştirakçıları sərgidə nümayiş olunan əsərlərlə tanış olaraq, gənc nəslin Vətənə olan sevgisini və qürur hissini yüksək qiymətləndiriblər.

Sərgi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və qəhrəman ordumuzun şanlı Zəfərinin təbliği məqsədi daşıyıb.