Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda  “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

30.10.2025

30 oktyabr 2025-ci il tarixdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində M.Ələkbərov  adına liseydə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və əməkdaşlar həmçinin məktəbin  müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə Humay Aslanova və Şəmsəddin Qasımov  çıxış edərək bildirdilər ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən mühüm beynəlxalq hüquqi sənəddir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2023-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin  ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. Ölkədə uşaq hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu çıxışlarda vurğulanıb.
  Tədbirin keçirilməsində məqsəd aidiyyəti qurumları belə tədbirlərin mütəmadi  olmasına cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması və uşaq hüquqlarının səmərəli müdafiəsidir.
Tədbirdə uşaqlar çəkdikləri rəsm əsərlərini nümayiş etdirdilər.