03.11.2025
03 noyabr 2025-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində 8 Noyabr- Zəfər Gününə həsr olunmuş "Zəfər sənindir, Vətən" adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Zəfər gününə həsr olunan film nümayiş olunub. Tədbirin bədii hissəsində Ağstafa rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəqs dərnəyinin üzvləri geniş konsert proqramı ilə çıxış ediblər.