04.11.2025
04.11.2025-ci il tarixində Şəmkir Tarix Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə M.Füzuli adına tam orta məktəb liseydə 8 A sinifinin şagirdlərinə "Şuşa Sən Azadsan!" filmi nümayiş etdirilib.
Tədbirin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi qələbənin əhəmiyyətini şagirdlərə çatdırmaq, qəhrəman əsgər və zabitlərimizin şücaətini təbliğ etməkdir.
Tədbir zamanı şagirdlər 44 günlük Vətən müharibəsi ilə bağlı fikirlərini bölüşüb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Film şagirdlərdə dərin vətənpərvərlik hissləri oyadıb və onlara azad Şuşamızla qürur duymağın sevincini yaşadıb.
Sonda Tarix Diyarşünaslıq Muzeyinin direktoru Günel Rzayeva qeyd edib ki, Şuşanın azadlığı xalqımızın gücünü,birliyini və torpaqlarımıza olan sonsuz sevgisini nümayiş etdirən tarixi hadisədir.