05.11.2025
05.11.2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Uşaq Səfirlər Məclisinin Gədəbəy rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə 8 Noyabr -Zəfər Günü ilə əlaqədar Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgiyə Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 ci sinif şagirdləri baxış keçirib.
Daha sonra Mərkəzin əməkdaşı Aybəniz Əsgərova şagirdlərə muzey bölməsində Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.