Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

05.11.2025

05 noyabr 2025 -ci il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa rayon üzrə ümumi mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirin əvvəlində Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və torparlarımızın ərazi bütövlüyü uğrunda əziz canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılmış tarixi qələbədən söhbət açdılar.  O cümlədən çıxışlarda  Azərbaycan Ordusunun qəhrəmanlığından və Zəfərin xalqımız üçün mənəvi qürur mənbəyi olmasından geniş məlumat verildi. Tədbirdə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu.