Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ağacəkmə aksiyası keçirilib

05.11.2025

Noyabrın 5-də Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax-Tovuz Regional Mədəniyyət idarəsinin rəisi Səbuhi Xasməmmədov və tabe müəssisələrin rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şura üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, şəhid ailələri, könüllülər, KİV nümayəndələri iştirak ediblər. 

Qazax şəhəri ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Yuxarı Salahlı və Qazaxbəyli kəndləri ərazisindən keçən hissələrində keçirilən ağacəkmə aksiyasında 8000 ədəd dekorativ kollar və ağac (5500 ədəd dekorativ gül və kol, 1750 ədəd eldar şamı, 750 ədəd sərv ağacı) əkilib.