17.11.2025
17 noyabr 2025- ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Rayon Mədəniyyət Mərkəzinin və MKS-nin birgə təşkilatçılığı ilə 17 Noyabr-Milli Dirçəliş Günü münasibəti ilə "Milli tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bu tarixi günün əhəmiyyətindən, dövlət müstəqilliyinin bərpa olunmasından və Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində misilsiz xidmətlərindən bəhs ediblər.