18.11.2025
18 noyabr 2025-ci il tarixində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyində Ağstafa rayon Mədəniyyət Mərkəzinin və Ağstafa rayon Hüseyn Arif Ev Muzeyinin birgə təşkilatçılığı ilə 20 Oktyabr -20 noyabr tarixlərini əhatə edən uşaq hüquqları aylığı çərçivəsində "Hər uşağın hüququ var" başlığı altında ekskursiya təşkil edildi. Əsasını uşaqların təşkil etdiyi ekskursiyada ilk öncə uşaqlar Hüseyn Arif Ev Muzeyinin zəngin ekspozisiyası ilə yaxından tanış oldular. Daha sonra uşaqlarla uşaq hüquqları aylığının keçirilməsinin əsas məqsədi, eləcə də uşaq hüquqlarının qorunması barədə maarifləndirici söhbətlər edildi. Tədbirdə iştirak edən uşaqlara bir daha aşılandı ki,onlar dövlətimizin və cəmiyyətin daim diqqət mərkəzindədir.