27.02.2019
27.02.2019-cu il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon mədəniyyət işçiləri ilə Qazax rayon Mədəniyyət Mərkəzində Seminar müşavirə keçirildi. Seminarı giriş sözü ilə Regional İdarənin rəisi cənab Vüqar Qədirov açdı və mədəniyyət işçilərini salamladı. Sonra mədəniyyət işçilərinin yanvar və fevral aylarında gördüyü işlər haqqında məlumatlar dinlənildi və mart ayında görəcəyi işlər barədə tapşırıqlar verildi. Seminar müşavirədə mədəniyyət mərkəzləri və filialları, MKS və filialları, Heydər Əliyev Mərkəzinin kollektivi, rayonda fəaliyyət göstərən Muzeylərin işçiləri, 1 və 2 saylı Uşaq musiqi məktəblərinin kollektivləri iştirak etdilər.