Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbində “Korrupsiyaya qarşı mübarizə” adlı tədbir keçirilib

01.12.2025

01 dekabr 2025-ci il tarixində Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Korrupsiyaya qarşı mübarizə” adlı tədbir keçirildi.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyəti Aparatı Başçısının ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Bağırov Qədir, Heydər Əliyev Mərkəzinin əməkdaşları Zamiq Söyünov və Tağıyeva Sevər öz çıxışlarında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat veriblər, tədbir iştirakçılarını korrupsiya anlayışı və onun formaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətlərindən bəhs ediblər.