02.12.2025
02 dekabr 2025-ci il tarixində Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları "Gənclərin asudə vaxtlarının səmərəli təşkli" ilə əlaqədar N. Tusi adına liseydə "Sağlam gəncliyin təməli" mövzusunda tədbir təşkil edildi. Çıxış zamanı Asudə vaxtın səmərəli təşkili uşaqların istər fiziki, istərsə də psixi sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir. Yeniyetmə və gənclərin asudə vaxtının keçirildiyi şərait ilə bu vaxtın idarə olunması problemi ilə sıx əlaqədardır. Şəhər və kənd məktəblərində, ailədə, ailədən kənarda, dərsdənkənar və məktəbdənkənar yerlərdə asudə vaxtın idarə olunması problemin, asudə vaxtın bölüşdürülməsi, ondan səmərəli istifadə olunmasının təmin edilməsi mühüm yerlərdən birini tutur.