Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Əlillərin həyatına işıq olaq” mövzusunda görüş keçirilib

03.12.2025

3 dekabr 2025-ci il tarixdə Tovuz rayon Mərkəzi kitabxanasında Tovuz MKS-nin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü ilə əlaqədar  "Əlillərin həyatına işıq olaq" mövzusunda birinci qrup əlil Həsənov Mətləb Vilayət oğlu ilə görüş təşkil edilib.
Tədbirdə çıxış edənlər bu günün əhəmiyyətindən söz açaraq bildiriblər ki, Beynəlxalq Əlillər Günü cəmiyyətimizdə əlilliyi olan insanların hüquqlarını, ehtiyaclarını və potensiallarını nəzərə almağın vacibliyini xatırladır. Bu günün əsas məqsədi əlilliyi olan şəxslərin sosial həyatda tam və bərabər iştirakını təmin etmək, onların qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına yardım etməkdir.  Hər bir insanın cəmiyyətə verə biləcəyi böyük töhfələr var və biz bu töhfələrin reallaşması üçün bərabər imkanlar yaratmalıyıq.
Tədbirə dəvət almış Mətləb Həsənov bu qəbildən olan insanlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və müvafiq qurumlara öz minnətdarlığını bildirib.