Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Həssas təbəqəli, xüsusi qayğıya ehtiyacı olanlara diqqət insanlıq borcumuzdur” adlı görüş təşkil edilib

03.12.2025

3 dekabr 2025-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Həssas təbəqəli, xüsusi qayğıya ehtiyacı olanlara diqqət insanlıq borcumuzdur” adlı görüş təşkil edib. Mərkəzi kitabxananın əməkdaşları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə maliyyələşən “Əlil Qadınlar Cəmiyyəti” ictimai birliyi tərəfindən həyata keçirilən sağlamlıq imkanları məhdud uşaqlar üçün Qazax Sosial Reablitasiya Mərkəzində olublar.  Mərkəzdə müalicə olunan uşaqlarla kitabxana fondundan aparılan şəkilli kitablardan nağillar söylənilib. Uşaqlar nağılları maraqla dinləyiblər. Səmimi qarşılanmaya görə Reablitasiya mərkəzinin rəhbərliyi kitabxana əməkdaşlarına diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
Həmçinin E. Hüseynov adına  Mərkəzi Kitabxananın Uşaq şöbəsi kitabxananın oxucusu 3 – cü qrup əlil Barxudarlı kənd sakini, məcburi köçkün, hal- hazırda Ağköynək kənd məktəbində yaşayan Əliyeva Mərvi Mahir qızına kitabxana xidməti göstərib. Kitabxananın şöbə müdiri v.m.i.e Lalə Sadıqova Əliyeva Mərviyə hədiyyə bağışlayıb.Valideynləri belə bir həssas gündə onları yad etdiklərinə görə şöbənin əməkdaşlarına öz təşəkkürünü bildiriblər.