03.12.2025
03 dekabr 2025-ci il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gədəbəy rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq” adlı görüş keçirilib. Tədbirdə müharibə iştirakçıları ilə gənclərin və yeniyetmələrin bir araya gətirilməsi, onların vətənpərvərlik ruhunda maarifləndirilməsi məqsəd qoyulub.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra I Qarabağ müharibəsi veteranı Maarif Abbasov və II Qarabağ müharibəsi veteranı Rövşən Qasımov çıxış edərək öz döyüş yolundan, gənclərə olan tövsiyələrindən və Vətən sevgisinin əhəmiyyətindən danışıb. Maarif Abbasov çıxışında torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin tarixindən söz açıb. O bildirib ki, Qarabağ uğrunda gedən döyüşlər hər bir Azərbaycan övladının yaddaşında qəhrəmanlıq salnaməsi kimi qalmalıdır:
Biz o illərdə ağır günlərdən keçdik. Amma heç vaxt ruhdan düşmədik, çünki arxamızda Vətən dayanırdı. Hər bir döyüşçü bilirdi ki, bu torpaq bizim namusumuzdur, qeyrətimizdir. Bugünkü gənclərimizin də ən böyük vəzifəsi Vətəni sevmək, onu qorumağa hər zaman hazır olmaqdır.
Sonda Rövşən Qasımov şəhidlərimizin ruhuna hörmətlə yanaşmağı və onların xatirəsini daim yaşatmağın vacibliyini vurğulayıb.