02.12.2025
2-3 dekabr 2025-ci il tarixlərində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə silsilə görüşlər təşkil edilib.
Ağstafa rayon Hüseyn Arif Ev Muzeyi, Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyi və Ağstafa şəhər 1 saylı folklor klubunun əməkdaşları 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə Ağstafa rayon Qaçaq Kərəm kənd sakini, 1953-cü il təvəllüdlü Adilə Əliyevanı mənzilində ziyarət etdilər. Ağstafa rayon müəssisələrinin əməkdaşları əlil Adilə xanıma ehtiyac olduğu halda daim onun qulluğunda hazır olduqlarını bildiriblər. Adilə Əliyeva isə humanist və qayğıkeş münasibətə gōrə sonsuz təşəkkürünü bildirdi.
Dekabrın 3-də Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibəti ilə “Dünyanı qəlbi ilə görənlər” başlıqlı dəyirmi masa təşkil edilib. Tədbirdə Ağstafa rayon Mərkəzi Kitabxananın əməkdaşları və Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini sağlamlıq imkanı məhdud olan əqli və eşitmə qüsurlu Abadov Yaqub Murtuzəli oğlu iştirak etdi. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Göyçək Sadıxova açaraq bildirdi ki, bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Dövlət başçısı cənab İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib.
Dekabrın 3-də Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin, filiallarının və Tovuz Dövlət Rəsm Qalereyasının əməkdaşları, 3 dekabr -Beynəlxalq Əlillər günü münasibətilə Aşağı Quşçu kənd sakini 1-ci qrup əlil olan Səmədov Samir İbrahim oğlunun görüşünə gediblər.
Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə görüş təşkil edilib. Sağlamlıq imkanı məhdud olan Qazax şəhər sakini Elçin Nəsibov bu gün münasibətilə muzeymizə dəvət olunub, rayonmuzun tarixini özündə ehtiva edən maddi mədəniyyət nümunələri haqqında ona ətraflı məlumat verilib.
Dekabrın 3-də Tovuz rayon Tarix- Diyarşünaslıq Muzeyinin əməkdaşları 3 dekabr -Beynəlxalq Əlillər Günü ilə əlaqədar Yuxarı Öysüzlü kənd sakinləri Məmmədov Elmir İlqar oğlu, Quliyev Nural Nizami oğlunu evində ziyarət ediblər. Bu günün məqsədi ictimayi həyatın bütün sahələrində əlillərinin hüquqlarının qorunmasına nail olmaq, və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.