Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində ”Azərbaycana həsr ounmuş ömür” adlı tədbir keçirilib

08.12.2025

Dekabrın  8-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon Mədəniyyət müəssələrinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Azərbaycana həsr ounmuş ömür" adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə  ilk öncə müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru  Ləman Cəlilova qeyd edib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan ulu öndərin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndərin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitutsiyası qəbul olunub, dövlətimiz dünyada öz layiqli yerini tutub.

Daha sonra çıxış edən natiqlər MİHİ  Ağstafa rayon Komitəsinin sədri Gülgün Kərimov ,Ağstafa Rayon Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova, Ağstafa Rayon Mərkəzi Kitabxana Sisteminin direktor v.m.i.e Göyçək Sadıqova, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin baş metodisti Mirvari Əmirova, Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundov, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Səbinə İsgəndərli, Ağstafa rayon Hüseyn Arif adına  ev muzeyinin əməkdaşı Həsənova Sura bildiriblər ki, Heydər Əliyevin həyat yolu yüksək əxlaqi keyfiyyətləri özündə birləşdirən nümunəvi məktəbdir. Ulu Öndər iki müxtəlif siyasi sistemdə Azərbaycanın rəhbəri olmuş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun şəkildə özünün bütün fəaliyyətini Azərbaycanın yüksəlişinə, inkişafına həsr etmişdir. 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi. Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən sabit ölkəsinə çevrildiyi və beynəlxalq aləmdə yüksək nüfuz qazanıb, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olduğu qeyd edilib.